“Azərbaycan vətəndaşlarından çoxlu telefon zəngləri və Ukraynaya dəstək mesajları aldıq”.
Manşet.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Tvitter hesabında yazıb.
“İkinci Qarabağ müharibəsi zamanı Ukraynanın Azərbaycanı necə dəstəklədiyi yada düşür.
Ölkəmiz üçün belə çətin bir zamanda Ukrayna ilə həmrəylik nümayiş etdirən hər bir Azərbaycan vətəndaşına təşəkkür edirik!”, - səfir bildirib.