Cəlilabadda Novruz şənliyində Şaxta baba iştirak edib? - Açıqlama

21:53 - 20 Mart 2022

Cəlilabadda Novruz şənliyində Şaxta baba iştirak edib? - Açıqlama

Cəlilabad Rayon İcra Hakimiyyətinin Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirdə çəkilən fotoşəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia olunur ki, rayonda Novruz şənliyində Şaxta baba da iştirak edib. 

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti İnformasiya təminatı və təhlili sektorunun müdiri Elvin Əmirov bildirib ki, müzakirələrə səbəb olan personaj Şaxta baba yox, Dədə Qorquddur: “Həmişə Novruz şənliklərində Dədə Qorqud personajı iştirak edib. Geyimi də adətən, ağ rəngdə olur, bu dəfə göy rəngdə olub. Havaların soyuq keçməsi ilə əlaqəli tədbirə Şaxta babanın gətirilməsi haqda məlumat həqiqətə uyğun deyil”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az