Rüstəm Muradov yeni vəzifəyə təyin olundu

13:54 - 07 Oktyabr 2022

Rüstəm Muradov yeni vəzifəyə təyin olundu

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov yeni vəzifəyə təyin olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov teleqram kanalında yazıb.

O, Rusiya Qəhrəmanı Rüstəm Muradov Silahlı Qüvvələrin Şərq Hərbi Dairəsinin komandanı təyin edildiyini bildirib.

Qeyd edək ki, R. Muradov 2020-ci il noyabrından 2021-ci il sentyabrınadək Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı olub. Hazırda bu vəzifədə general-mayor Andrey Volkovdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az