Avstraliyada aparılan yeni bir araşdırma, Sakit Okeanın 300 milyon il sonra yox olacağını və qitələri bir araya gətirərək Şimal Qütbün ətrafında yerləşən “Amasiya” adlı yeni bir super qitəni meydana gətirəcəyini ortaya qoyub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tədqiqatçılar bildiriblər ki, Sakit Okean hər il bir az da kiçilməyə davam edir.
Bununla belə, tədqiqatçıların yaratdığı model göstərdi ki, növbəti 300 milyon il ərzində Amerika qitəsi şərqə, Asiya qitəsi isə qərbə doğru hərəkət edəcək. Antarktida Cənubi Amerikaya, Avropa isə Asiyaya qoşularaq Amasiyanı tamamlayacaq.
Elm adamları, əvvəlki araşdırmaların hər 600 milyon ildən bir yeni superkontinentin əmələ gəldiyini, sonuncunun isə 300 milyon il əvvəl yaranan “Pangeya” olduğunu bildiriblər.
Pangeya təxminən 200 milyon il əvvəl Erkən Yura dövründə parçalanmağa başlayıb və nəticədə müasir qitələri, Atlantik və Hind okeanlarını meydana gətirib.