Azərbaycanda daha iki partiya ofislə təmin edilib.
Manset.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.