Ərdoğan Tokayevlə stolüstü tennis oynadı - Video+Fotolar

22:17 - 12 Oktyabr 2022

Ərdoğan Tokayevlə stolüstü tennis oynadı - Video+Fotolar

Qazaxıstanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə stolüstü tennis oynayıb.

 

Manset.az xəbər verir ki, həmin anların görüntüləri Erdoğan Digital Media hesabından paylaşılıb.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasında və Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin VI Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana gedib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mayın 10-u Türkiyəyə rəsmi səfəri zamanı da liderlər stolüstü tennis oynamışdı.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az