“Azərbaycan və Qazaxıstan arasında müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır” - Prezident

19:40 - 13 Oktyabr 2022

“Azərbaycan və Qazaxıstan arasında müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır” - Prezident

Gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq.

 

Manset.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə bildirib.

Transxəzər marşrutunun çox ciddi davamı olacağını vurğulayan dövlətimizin başçısı deyib:

“Digər bütün məsələlər üzrə isə, Siz qeyd etdiyiniz kimi, bizim ölkələr müttəfiqdir, strateji tərəfdaşdır. Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az