NATO Ukraynadakı münaqişəyə cəlb olunmayacaq

21:48 - 13 Oktyabr 2022

NATO Ukraynadakı münaqişəyə cəlb olunmayacaq

Pentaqonun rəhbəri Lloyd Ostin NATO-nun Ukraynadakı münaqişəyə qarışmayacağını bildirib. 

 

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Həmçinin ABŞ müdafiə naziri qeyd edib ki, Şimali Atlantika Alyansı Kiyevi dəstəkləməyə davam edəcək və silah ehtiyatlarının yaradılması üzərində çalışacaq.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansı ölkələrinin Ukraynaya dəstəyini artırdığını bəyan edib. Onun sözlərinə görə, bu müharibədə Kiyev qalib gəlməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az