Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarına Bartindəki partlayışla bağlı verdiyi başsağlığına görə təşəkkür edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə türkiyəli nazir “Twitter“ hesabında paylaşım edib.
“Ceyhun qardaşım, başsağlığına görə təşəkkür edirəm. Can Azərbaycanın bu çətin günlərdə dəstəyi çox qiymətlidir", - deyə Çavuşoğlu qeyd edib.