Ceyhun Bayramov Abdullahianla telefonla DANIŞDI

21:02 - 15 Oktyabr 2022

Ceyhun Bayramov Abdullahianla telefonla DANIŞDI

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

 

Manset.az xəbər verir ki, bu bardə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən məlumat verilb.
Ətraflı

Nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az