“Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirildi

18:48 - 17 Oktyabr 2022

“Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirildi

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Ermənistanın Vətən Müharibəsi zamanı Gəncə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Milli Məclisin deputatı, Komitə sədri Musa Quliyev, millət vəkilləri Müşviq Cəfərov, Naqif Həmzəyev, Pərvin Kərimzadə, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Çexiya Gənclər Assossiyasının rəhbəri Radek Smolka, Finlandiyanın Fimigrant Ri təşkilatının rəhbəri İlkka Yuvankovski, Polşa Demokratlar Assosiyasının rəhbəri Adrian Pioçeta, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Konfransdan öncə qonaqlar və iştirakçılar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə məruz qaldığı ərazini ziyarət ediblər.
Sonra qonaqlar və iştirakçılar Gəncə terroru ilə bağlı yeniyetmə rəssamların rəsm sərgisi ilə tanış olublar.

Daha sonra konfrans Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransa açılış nitqi ilə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Gəncə terrorunun ikinci ildönümü ərəfəsində beynəlxalq konfransın təşkil edilməsinin əhəmiyyətindən danışıb, Ermənistanın döyüş meydanında yaşadığı məğlubiyyətin əvəzində mülki əhaliyə və infrastruktura vurduğu ziyanın hərbi cinayətkarlığın və barbarlığın göstəricisi olduğunu qeyd edib:

“Təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən müharibə cinayətləri bu gün də davam edir, 30 il ərzində mina partlayışı nəticəsində 3000-dən artıq Azərbaycan vətəndaşı həyatını itirib və ya xəsarət alıb. İşğaldan azad olunmuş ərazilər minalardan təmizləndikcə aşkar edilən kütləvi məzarlıqlar isə azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin bariz nümunəsidir. Regionda yaranmış yeni siyasi reallığı nəzərə alaraq, vətəndaş cəmiyyəti nümayəndələri də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəallığını davam etdirməli, Ermənistanın “Müharibə qurbanlarının müdafiəsi haqqında” , “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” və. s. konvensiyaların normalarını kobud şəkildə pozduğunu və beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az