Sərhədlərimizə “qonan” iranlı hərbçilər - VİDEO

22:30 - 18 Oktyabr 2022

Sərhədlərimizə “qonan” iranlı hərbçilər - VİDEO

Vətən müharibəsindən sonra regionda Azərbaycanın artan nüfuzu rəsmi Tehranın bəzi dairələrində ciddi narahatlıq doğurub.

 

Manset.az xəbər verir ki, xüsusən İranla 130 kilometrlik sərhəd xəttinin işğalçı ermənilərdən təmizlənməsi, nəzarətsiz qalan torpaqlarımızın istismarını imkansızlaşdırdığı üçün uzun müddətdir yürütdükləri ikibaşlı siyasətə yeni don geyindiriblər. Dünəndən etibarən isə sərhədlərimizdə növbəti hərbi təlimlərə start veriblər.

İran inqilabı keşikçiləri korpusunun quru qoşunlarının komandiri “təlimlər qonşumuza sülh, düşmənlərimizə isə gücümüzü göstərəcək” deyə bildirib.

Maraqlıdır ki, 30 il ərzində Ermənistanın ərazilərimizdə silah və narkotik qaçaqmalçılığı ilə məşğul olmasını özü üçün təhdid hesab etməyən İran, indi İsrail təhlükəsi kimi absurd bəhanə ilə sərhədlərinin müdafiəsinə qalxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az