Vilayət Eyvazovdan yeni TƏYİNAT

11:01 - 19 Oktyabr 2022

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) rəis müavini təyin edilib.

 

Manset.az Report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Farid Vəliyev şöbənin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Vəliyev bu təyinatadək Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi vəzifəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az