Ronaldo “M.Y.” - "Tottenhem" matçındakı qalmaqallı hərəkətinə aydınlıq gətirdi - FOTO

09:34 - 21 Oktyabr 2022

Ronaldo “M.Y.” - \"Tottenhem\" matçındakı qalmaqallı hərəkətinə aydınlıq gətirdi - FOTO

“Karyeram boyu həmişə etdiyim kimi, həmkarlarıma, rəqiblərimə və məşqçilərimə hörmətlə yaşamağa və oynamağa çalışıram. Bu dəyişməyib. Mən də dəyişməmişəm”.

 

Manset.az xəbər verir ki, bunu Portuqaliya yığmasının və “Mançester Yunayted” klubunun hücumçusu Kriştiano Ronaldo instaqram hesabında yazıb.

“Mən son 20 ildə elit futbol oynadığım eyni insanam, eyni peşəkaram və hörmət qərar vermə prosesimdə həmişə çox mühüm rol oynayıb. Mən çox gənc yaşlarından karyerama başlamışam, yaşlı və təcrübəli oyunçuların nümunələri mənim üçün həmişə çox vacib olub. Ona görə də sonradan mən həmişə təmsil etdiyim bütün komandalarda yetişən gənclərə nümunə göstərməyə çalışmışam. Təəssüf ki, bu həmişə mümkün olmur və bəzən isti başla verdiyimiz qərarlar bizi üstələyir”, - deyə ulduz futbolçu son hərəkətlərini izah edib.

O bildirib ki, hazırda çox çalışmalı, komanda yoldaşlarını dəstəkləməli və istənilən oyunda hər şeyə hazır olmalı olduğunu hiss edir.

“Təzyiqlərə boyun əymək düzgün seçim deyil. Bu heç vaxt olmayıb. Bu, “Mançester Yunayted”dir və biz birləşməliyik. Tezliklə yenidən bir yerdə olacağıq”, - futbolçu qeyd edib.

Xatırladaq ki, “Tottenhem”i 2-0 məğlub etdikləri oyunda əsas heyətdən kənar qalan Ronaldonun oyun bitməmiş texniki zonanı tərk etməsi müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, 37 yaşlı ulduz futbolçunun "Mançester Yunayted"lə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az