Türkiyə Suriyada xüsusi əməliyyat keçirdi

23:57 - 23 Oktyabr 2022

Türkiyə Suriyada xüsusi əməliyyat keçirdi

Suriyanın şimalındakı Əl-Bab rayonunda İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı 9 terrorçu saxlanılıb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) bildirib.

Məlumata əsasən, əməliyyat Türkiyənin Qaziantep vilayətinin jandarm qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Bildirilib ki, terrorçular yaxın zamanlarda Əl-Bab və Türkiyəyə hücumlar etməyə hazırlaşırmış.

Saxlanılanlar arasında Əbu Musxab kod adlı xüsusi təhlükəli İŞİD terrorçusunun "köməkçisi", cinayətkar təşkilatın maddi-texniki əməliyyatlarına cavabdeh olan iki silahlı və maliyyə əməliyyatlarına cavabdeh olan bir nəfər də var.

Terrorçular yerli məhkəmə tərəfindən həbs edilib.

Onların ünvanlarına baxış zamanı külli miqdarda rəqəmsal material aşkar edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az