İlham Əliyev Gürcüstanda səfərdədir - YENİLƏNDİ (VİDEO)

11:12 - 24 Oktyabr 2022

İlham Əliyev Gürcüstanda səfərdədir - YENİLƏNDİ (VİDEO)

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gəlib.

Manset.az xəbət verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

 

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək.

Manset.az xəbər verir ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olacaq.

Prezident İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

Təkbətək görüşdən sonra İrakli Qaribaşvili və İlham Əliyev saat 14:00-da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az