Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

23:20 - 30 Oktyabr 2022

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

 

Bu barədə Manset.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az