Əli Əsədov Fuat Oktayla GÖRÜŞDÜ

15:31 - 04 Noyabr 2022

Əli Əsədov Fuat Oktayla GÖRÜŞDÜ

Bu gün Baş naziri Əli Əsədovla ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında təkbətək görüş olub.

 

Manset.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Bakı şəhərində keçiriləcək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının və birgə biznes forumun əhəmiyyəti vurğulanıb. F.Oktayın rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az