Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Manset.az xəbər verir ki, Bayraktarın teleqram kanalındakı paylaşımda deyilir:
“Əziz Azərbaycanımızın işğaldan azad edilən torpaqlarının öz Vətəninə qayıtmasının ikinci il dönümü mübarək. Müqəddəs Şəhidlərimizin ruhu şad olsun”.
Paylaşımda “dursa qarşımda bütün cahan, vermərəm öz torpağımdan” sözləri də yer alıb.
Bundan əlavə o, paylaşımına video da əlavə edib.