Putinin nüvə hədəsinin arxasındakı gizli silah deşifrə oldu – Dünya BÖYÜK TƏHLÜKƏDƏ

17:24 - 10 Noyabr 2022

Putinin nüvə hədəsinin arxasındakı gizli silah deşifrə oldu – Dünya BÖYÜK TƏHLÜKƏDƏ

Bir müddət Pentaqonun yüksək rütbəli əməkdaşı olan Rocer Pardo-Maurer Rusiya lideri Putinin istifadə etməyi planlaşdırdığı gizli silahını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pardo-Maurer Rusiya prezidenti Vladimir Putinin təhdidlərinin arxasında “elektromaqnit vibrasiya hücumunun” olduğunu ehtimal edib. Bildirilib ki, bu sistemlərlə Ukraynaya belə bir hücum olarsa, Kiyevin bütün informasiya müharibəsi sistemləri zədələnə bilər:

"İndiyə qədər Rusiyanın Ukraynaya qarşı təhdidləri adi nüvə silahlarından bəhs edirdi. Amma Vladimir Putinin istifadə etməyi düşündüyü başqa bir silah var, taktiki elektromaqnit vibrasiya hücumu, yəni EMP".

Bu silahların güclü enerji dalğası yaratdığını və qısa dalğalı elektrik sistemlərinə zərər verdiyini ifadə edən Pardo-Maurer, "Belə bir hücum kompüterlərə, generatorlara, peyklərə, radiolara, radar qəbuledicilərinə və hətta işıqforlara təsir edir" - deyib.

O, bəyan edib ki, Rusiya silahdan istifadə edərsə, həm hərbi, həm də mülki infrastruktur sistemləri zədələnə bilər:

“Bunlar heç bir binanı dağıtmır və heç kimi öldürmür. Lakin o, elektrik dövrələrini həmişəlik sıradan çıxara bilər. NATO müttəfiqləri tərəfindən Ukraynaya göndərilən bütün müdafiə sistemləri, pilotsuz uçuş aparatları və buna bənzər vasitələrin də elektrik sistemləri olduğunu xatırladan Pardo-Maurer, "Elektromaqnit effektləri peyklərin yüzdə 90-ını 3 ay ərzində istifadəyə yararsız hala sala bilər" deyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az