“Bu ilin 10 ayı ərzində qeyri-neft-qaz sektorunda 9,7 faiz artım baş verdi” - Mikayıl Cabbarov (FOTO)

16:39 - 18 Noyabr 2022

“Bu ilin 10 ayı ərzində qeyri-neft-qaz sektorunda 9,7 faiz artım baş verdi” - Mikayıl Cabbarov (FOTO)

“Bu ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2% artaraq 111 milyard 28,2 milyon manat, qeyri-neft-qaz sektorunda isə 9,7% artaraq 56 milyard 55,9 milyon manat olub”

 

Manset.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” hesabında qeyd edib.

Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib.

“Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-oktyabr aylarına nisbətən 5,9% artıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az