Zelenski Ukraynaya atılan raketlərin sayını AÇIQLADI

23:02 - 20 Noyabr 2022

Zelenski Ukraynaya atılan raketlərin sayını AÇIQLADI

Müharibənin başlanğıcından Rusiya Ukraynaya 4700 raket atıb.

 

Manset.az axra.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Frankofoniya ölkələrinin beynəlxalq təşkilatının iştirakçılarına videomüraciətində deyib.

Dövlət başçısı videomüraciətində müharibəni dayandırmağa çağırış edib və Ukraynanın sülh formulundan danışıb:

“Yüzlərlə şəhərimiz sadəcə olaraq yandırılıb. Minlərlə insan ölüb. Yüz minlərlə insan Rusiyaya zorla deportasiya edilib. Milyonlarla insan müharibədən qaçmaq üçün Ukraynadan başqa ölkələrə gedib. Biz bunu dayandırmalıyıq. Biz Rusiyanın təcavüzünü dayandırmalıyıq. Sülhün qayıtması mümkündür. Amma o zaman mümkündür ki, dünyada hamı heç kimin bir gün də terrora layiq olmadığını başa düşsün”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az