Hikmət Hacıyev İsrail XİN-in rəsmisi ilə telefonla DANIŞDI

17:12 - 21 Noyabr 2022

Hikmət Hacıyev İsrail XİN-in rəsmisi ilə telefonla DANIŞDI

Bu gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İsrail XİN-in Baş direktoru Alon Uşpiz arasında telefon danışığı baş tutub.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Azərbaycandakı səfiri Corc Dik öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, söhbət zamanı Alon Uşpiz Azərbaycanın İsraildə səfirlik açması barədə qərarını alqışlayıb. 

Bununla yanaşı, tərəflər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi də aparıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az