Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü

22:14 - 17 Avqust 2021

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü

Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub.

 

Bu barədə Manşet.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

 

Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Son günlərdə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən təxribatlara toxunan Hulusi Akar Türkiyənin Azərbaycanın haqlı mübarizəsində daim yanında olacağını vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az