"Onun sualı məni yenidən məhv elədi" - Nazpəri (FOTO)

20:28 - 30 Yanvar 2023

\"Onun sualı məni yenidən məhv elədi\" - Nazpəri (FOTO)

"Oğlum Əlinin Tamerlan adlı bir oğlu var. Moskvada yaşayır. Onu görə bilmirəm, telefonla əlaqə saxlayıram".

 

Manset.az xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva Xəzər televiziyasında deyib:

"Tamerlan axırıncı dəfə mənə bir sual verdi, "Ata hardadır?" O bu günə qədər atasının ölümünü bilmir. Onun sualı məni yenidən məhv elədi. Hətta bir-iki gün xəstəxanaya düşdüm. Bacım da yanımda idi. Əlbəttə, o, böyüyəcək, öz nənəsini də tapacaq. Atasının yatdığı torpağı da tanıyacaq. Ondan ötrü darıxsam da, gec-gec görsəm də o, mənim qanımdır".

Qeyd edək ki, Nazpəri Dostəliyevanın oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az