Bakıda “Archico” MMC-nin əməkdaşını "tok" vurub öldürdü

10:22 - 26 Avqust 2021

Bakıda “Archico” MMC-nin əməkdaşını \"tok\" vurub öldürdü

Yasamal Rayon Prokurorluğu şirkət əməkdaşı olan ustanın ölümü ilə bağlı rəsmi açıqlama yayıb.

Manset.az-a daxil olan açıqlamada deyilir:

"Avqustun 25-i saat 17 radələrində Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev qeyd edilən ünvanda elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az