Dağıntıdan çıxarılan uşaq “Anam haradadır” deyib fəryad etdi - FOTO

01:10 - 09 Fevral 2023

Dağıntıdan çıxarılan uşaq “Anam haradadır” deyib fəryad etdi - FOTO

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə tədbirləri gecə saatlarında davam etdirilir.

 

Manset.az xəbər verir ki, Adıyaman bölgəsində dağıntılar altında qalan 4 azyaşlı sağ çıxarılıb.

64 saatdan sonra xilas edilən uşaqlardan biri "anam haradadir" deyərək fəryad edib. Xilasediciləri göz yaşlarına boğan azyaşlı halsız vəziyyətdə aşkarlanıb. O, dərhal təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 9057 nəfərə çatıb. Təbii fəlakət zamanı 52 979 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az