Azərbaycan Prezidentinin Naxçıvandakı nümayəndəsi Türkiyənin Baş konsulu ilə görüşdü

16:47 - 10 Fevral 2023

Azərbaycan Prezidentinin Naxçıvandakı nümayəndəsi Türkiyənin Baş konsulu ilə görüşdü

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.

 

Manset.az xəbər verir ki, səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığını çatdırıb, öz növbəsində Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib.

Görüşdə ölkələr arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, Naxçıvanın ikitərəfli münasibətlərdəki yeri və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az