Hulusi Akar əməkdaşlığa görə Azərbaycana təşəkkür etdi

15:14 - 28 Avqust 2021

Hulusi Akar əməkdaşlığa görə Azərbaycana təşəkkür etdi

Türkiyənin müdafiə naziri Hulusi Akar Əfqanıstanda sülhməramlı missiyadakı əməkdaşlığa görə Azərbaycana təşəkkür edib.

Manşet.az xəbər verir ki, Kabildən təxliyə edilən Türkiyə sülhməramlıları üçün Ankarada təşkil olunan mərasimdə çıxış edən H. Akar Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda indiyədək göstərdiyi layiqli xidmətə görə təşəkkürünü bildirib və onları təbrik edib: “Kabildə hərbi qüvvələrimizlə birlikdə əməkdaşlıq edən Azərbaycan hərbçilərinə, nazirliklərə və qurumlara bizə verdikləri dəstəyə görə təşəkkür edirəm”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az