Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili keçdi

18:22 - 27 Mart 2023

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili keçdi

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus  avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

 

Manset.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.  

Belə ki, 2 yük və 1 minik avtomobili Laçından Xankədi istiqamətinə maneəsiz hərəkət edib. 

Bundan əvvəl isə daha 3 minik avtomobili eyni istiqamətə maneəsiz keçib. 

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 45-ə çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az