Sahibə Qafarova zəlzələ qurbanlarının xatirəsini andı - FOTO

20:27 - 31 Mart 2023

Sahibə Qafarova zəlzələ qurbanlarının xatirəsini andı - FOTO

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, ziyarətçilər həlak olanların xatirəsini yad edib, burada yaradılmış sərgi ilə tanış olublar.

Sonda ziyarətçilər xatirə kitabını imzalayıblar.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv