İsrail XİN başçısı Bakıda yəhudi icması ilə görüşdü

23:37 - 18 Aprel 2023

İsrail XİN başçısı Bakıda yəhudi icması ilə görüşdü

“Bu gün mən Azərbaycanın paytaxtı Bakıda sinaqoqda oldum, yəhudi icmasının üzvləri ilə görüşdüm”.

 

Manset.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen "Twitter" hesabında bildirib.

“Azərbaycan yəhudi icmalarına həmişə hörmətlə yanaşan ölkədir və xalqlarımız arasında əlaqə dərindir. Münasibətlərdə yeni mərhələnin rəmzi olan Azərbaycanın İsraildə səfirliyinin açılmasından məmnunam və icma üzvlərinə İsrailin hər zaman onların evi olacağını söylədim” – diplomat qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az