Sahibə Qafarova Avstriyaya gedəcək

15:17 - 04 Sentyabr 2021

Sahibə Qafarova Avstriyaya gedəcək

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Manşet.az-a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriya parlamentinin təşkilatçılığı və BMT ilə əməkdaşlıq əsasında baş tutacaq konfransdan əvvəl Qadın Parlament Sədrlərinin 13-cü Görüşü keçiriləcək. Görüşdə müzakirə olunacaq məsələlərlə bağlı Milli Məclisin sədri çıxış edəcək.

Səfər sentyabrın 9-da başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az