Laçın-Xankəndi yolundan 63 maşın keçdi

19:15 - 24 Aprel 2023

Laçın-Xankəndi yolundan 63 maşın keçdi

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Manset.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, sülhməramlılara məxsus daha 3 avtomobilin Laçından Xankəndi və əks istiqamətə maneəsiz hərəkət etməsinə şərait yaradılıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 63-ə çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az