Ermənistanın mövcud vəziyyəti qəbul etməsindən başqa yolu yoxdur - Sergey Markov (VİDEO)

21:51 - 25 Aprel 2023

Ermənistanın mövcud vəziyyəti qəbul etməsindən başqa yolu yoxdur - Sergey Markov (VİDEO)

Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağ regionundakı siyasi vəziyyəti sistemli şəkildə dəyişir. Belə ki, mövcud sərhəd-buraxılış məntəqəsi Qarabağ ərazisindəki qeyri-qanuni hərbi birləşmələrin, o cümlədən silah-sursatın daşınmağı və şəxsi heyətin rotasiyasını bloklamağa imkan verəcək.

 

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, bu məntəqə həm Ermənistan hakimiyyəti, həm də Qarabağın Ermənistan icması üçün də sərt bir siqnaldır. Onlar bu istiqamətdə təcili qərar qəbul etmək üçün tələsməlidirlər.

Rusiyalı politoloq onu da vurğulayıb ki, bundan sonra Qarabağın gələcəyi ilə bağlı heç kəsin şübhəsi ola bilməz.

Sergey Markov onu da əlavə edib ki, Ermənistanın mövcud vəziyyəti qəbul etməsindən başqa yolu yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az