Fəzail Ağamalı Vahid Əhmədovun deputat haqda hansı qanunu pozması ilə bağlı sualdan belə YAYINDI

10:28 - 26 Aprel 2023

Fəzail Ağamalı Vahid Əhmədovun deputat haqda hansı qanunu pozması ilə bağlı sualdan belə YAYINDI

Məlum olduğu kimi Milli Məclisin deputatı Vahid Əhmədovun verdiyi müsahibə müzakirələr yaradıb. Ötən gün parlamentdə bir sıra deputatlar millət vəkilini tənqid edib. Spiker Sahibə Qafarova isə məsələnin Milli Məclisin İntizam Komissiyasında müzakirə olunması ilə bağlı tapşırıq verib.

 

Manset.az məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında Vahid Əhmədovla bağlı məsələnin gələn həftə komissiyada baxıla biləcəyini bildirib.

"Baxacağıq yəqin ki...gələn həftə baxacağıq."

Daha sonra Fəzail Ağamalı Vahid Əhmədovun deputat haqqında hansı qanunu pozması ilə bağlı sualına belə cavab verib.

"Bu deyildi, Milli Məclisdə təklif də edildi. Fikir versəniz orda digər həmkarlarım da çıxışlar etdilər. İntizam komissiyası öz iclasını böyük ehtimal gələn həftə yığacaq."

 

Manşet.az

Əli Vəliyev


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az