Azərbaycanla Fransa XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər AÇIQLANDI

13:51 - 27 Aprel 2023

Azərbaycanla Fransa XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər AÇIQLANDI

Bu görüş çərçivəsində ölkələrimizarası ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik.

 

Manset.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

“Eyni zamanda, bir sıra digər mühüm regional məsələlər ətrafında detallı fikir mübadiləsi apardıq. Azərbaycan-Fransa diplomatik münasibətləri uzun illər boyu dinamik formada inkişaf edən və çoxşaxəli sahələri əhatə edən uğurlu bir əməkdaşlıqdır. Biz bu müddət ərzində bir sıra strateji sahələrdə böyük birgə layihələr həyata keçirmişik. Bunlar içərisində enerji, neft-qaz layihələri, həmçinin ölkəmizi dünya bazarları ilə birləşdirən infrastruktur layihələri, hava daşımaları, kosmik sahələrdə əməkdaşlığımız olub. Ümumilikdə sosial, iqtisadi, humanitar, texnologiya, mədəniyyət və digər sahələrdə qarşılıqlı əməkdaşlığımız olmuşdur”, – Ceyhun Bayramov əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az