"Avropa çempionatında hər iki ölkəni gözəl təmsil etdik" - İrəvanda qızıl medal qazanan idmançı

17:40 - 27 Aprel 2023

\"Avropa çempionatında hər iki ölkəni gözəl təmsil etdik\" - İrəvanda qızıl medal qazanan idmançı

"Avropa çempionatında hər iki ölkəni çox gözəl şəkildə təmsil etdik".

 

Manset.az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Genç Bakıya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

21 yaşlı idmançı bütün Azərbaycan xalqını salamlayıb: "Bayraqlarımızı qürurla dalğalandırdığımızı düşünürəm. Orada baş verən xoşagəlməz hadisələrə görə qarşı tərəfi qınayıram. Onların adlarını səsləndirmək belə istəmirəm. İndi də əlimdə Azərbaycan bayrağı var. Birlik və bərabərliyimiz daimi olsun. Belə gözəl qarşılanma mərasiminə görə təşəkkür edirəm".

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanan türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun və federasiya nümayəndələri Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gəliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az