Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobil karvanı maneəsiz keçid edib.
Laçın istiqamətində gələn 1 minik, 24 yük maşını aksiya keçirilən yoldan maneəsiz keçərək Xankəndiyə gedib. Xankəndindən gələn 2 yük maşını Laçın istiqamətinə hərəkət edib.