Bu gün Kazan şəhərində Azərbaycan və Tatarıstan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.
Manset.az xəbər verir ki, iclas Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyanın bu bölgəsinə səfəri çərçivəsində baş tutacaq.
Bu gün həmçinin Kazanda Tatarıstan-Azərbaycan biznes forumu təşkil ediləcək.