Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la getdi - Foto

14:13 - 28 Aprel 2023

Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la getdi - Foto

Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin ilk yerli elektromobili olan “Togg”a minib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Mustafa Şentopun idarə etdiyi avtomobildə Sahibə Qafarova ilə yanaşı Qazaxıstan və Qırğızıstanın parlament sədrləri də yer alıblar. Qonaqlar qaldıqları hoteldən TBMM-ə həmin avtomobildə gəliblər.

S. Qafarova avtomobili çox bəyəndiyini dilə gətirib: “Bizim üçün çox xoş gün oldu. Mustafa bəyin rəhbərliyi ilə bura gəldik. Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah bu avtomobillər Azərbaycanda da olacaq”.

Xatırladaq ki, “Togg” elektrikli avtomobillərin seriya istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin martında avtomobil satışa çıxarılıb. Aprelin 4-də isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az