Sülhməramlıların yeni komandanı regiona gəldi

14:48 - 28 Aprel 2023

Sülhməramlıların yeni komandanı regiona gəldi

Qarabağda müvəqqəti olaraq yerləşdirilən sülhməramlı kontingentinin yeni komandanı, general-polkovnik Aleksandr Lentsov regiona səfər edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lentsov Ermənistanda ölkənin müdafiə naziri Suren Papikyanla görüşüb. 

Tərəflər görüş zamanı rusiyalı sülhməramlıların məsuliyyət zonasındakı vəziyyətini müzakirə ediblər. 

Xatırladaq ki, A.Lentsov aprelin 26-sı Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin yeni komandanı təyin edilib. O bu vəzifədə Andrey Volkovu əvəz edib. Lentsov yeni vəzifəsindən əvvəl Rusiya müdafiə nazirinin müşaviri olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az