Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Azərbaycan və Ermənistan arasında danışıqlarda əldə olunan irəliləyişi alqışladıqlarını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sallivan öz “Twitter” səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Ağ Evdə qəbul etməkdən məmnun olduğunu bildirib.
"Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik", - deyən Sallivan davamlı və ədalətli razılaşmanın hər iki ölkə və region üçün imkanların açılmasının açarı olacağını vurğulayıb.
Manşet.az