Prezident Ərdoğanın hər ailədə azı 5 uşaq təklifinə belə reaksiya verdi - VİDEO

16:51 - 13 İyun 2023

Prezident Ərdoğanın hər ailədə azı 5 uşaq təklifinə belə reaksiya verdi - VİDEO

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı maraqlı məqam yaşanıb.

 

Manset.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Azərbaycan əhalisinin sayı məsələsinə toxunaraq “Türkiyədə əhalinin artımı üçün bir ailədə azı 3 uşaq olmasını deyirdim, Azərbaycanda isə bir ailədə azı 5 uşaq olmalıdır” deyə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin artımına nail olmaq lazımdır: “Bu olduqda, Azərbaycan daha da güclənəcək”.

Prezident İlham Əliyev isə Ərdoğanın bu təklifinə gülümsəyərək reaksiya verib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az