Ermənistanın davamlı hərbi-siyasi təxribatları ilə üzləşirik - Ceyhun Bayramov

21:00 - 21 İyun 2023

Ermənistanın davamlı hərbi-siyasi təxribatları ilə üzləşirik - Ceyhun Bayramov

Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirmək əzmindədir.

 

Manset.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ATƏT Baş katibi Helqa Şmid ilə görüşündə bildirib.

Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, o cümlədən Azərbaycanın Ermənistan ilə münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycan tərəfindən göstərilən konstruktiv yanaşmanın Ermənistanın davamlı hərbi-siyasi təxribatları ilə üzləşdiyi bildirilib.

Mövcud çağırışlar və çətinliklərə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az