Parisdə partlayış: Yaralılar var

21:04 - 21 İyun 2023

Parisdə partlayış: Yaralılar var

Fransanın paytaxtı Parisdə  qaz sızması nəticəsində partlayış baş verib. Qaz partlayışı nəticəsində bina qismən dağılıb. 

 

Bu barədə Manset.az "TRT Haber"-ə istinadən xəbər verir.

Parisin 5-ci dairəsi merinin müavini Eduard Sivel Twitter səhifəsində qaz sızması səbəbindən Val de Qreys məhəlləsində partlayış baş verdiyini açıqlayıb.
 
Bir çox mənzildə yanğın olduğunu bildirən Civel, yanğınsöndürənlərin müdaxilə edə bilməsi üçün bölgə xalqını hadisə yerindən uzaq durmağa çağırıb.
 
Fransanın daxili işlər naziri Gerald Darmanin də Tvitter hesabında yanğının bölgədəki Saint-Jacques küçəsində davam etdiyini və yanğınsöndürənlərin hadisə yerinə göndərildiyini açıqlayıb.
 
Fransa mətbuatında yer alan xəbərə görə, 7-si ağır olmaqla 16 nəfər yaralanıb, bir bina uçub.
 
Paris meri Ann Hidalqo da hadisə yerinə gedib.
 
Paris Prokurorluğu partlayışın səbəbinin hələ dəqiq bilinmədiyini bildirib.
 
Hadisə yerində 230 yanğınsöndürən və 9 həkim çalışır. 

Jalə

Manşet.az                                                                                                                                                    


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az