Rusiya XİN ABŞ-ın seçkilərə müdaxiləsi ilə bağlı sübutlar təqdim edib

00:31 - 12 Sentyabr 2021

Rusiya XİN ABŞ-ın seçkilərə müdaxiləsi ilə bağlı sübutlar təqdim edib

ABŞ-ın Rusiyanın daxili işlərinə və seçki proseslərinə müdaxiləsi sənədləşdirilib.

 

Manset.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz ABŞ ərazisindən idarə olunan internet platformaları vasitəsilə istifadə edərək daxili proseslərimizə müdaxiləni sübut edən sənədləri qarşı tərəfə təqdim etmişik", - Zaxarova əlavə edib.

Xatırladaq ki, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiyanın daxili işlərinə, yəni seçkilərə müdaxilə səbəbi ilə sentyabrın 10-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.

ABŞ-dan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az