XİN Dağıstandakı partlayışla bağlı başsağlığı verdi

11:01 - 15 Avqust 2023

XİN Dağıstandakı partlayışla bağlı başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Dağıstanın Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə XİN-in “X” (tviter) hesabında paylaşım edilib.

“Dağıstanın Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində insan tələfatı və çox sayda insanın xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciədə həlak olanların ailələrinə və dostlarına başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Həştərxan-Mahaçqala yolunda yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı 30 nəfər həlak olub, daha 75 nəfər isə yaralanıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az