Zakir Həsənov Quru Qoşunları məktəbinin buraxılışında - FOTOLAR

19:11 - 30 Avqust 2023

Zakir Həsənov Quru Qoşunları məktəbinin buraxılışında - FOTOLAR

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

 

Müdafiə Nazirliyindən Manset.az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov növbəti buraxılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Quru Qoşunları Ali Hərbi Məktəbinə gəlib.

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun və digər rəsmilərin də iştirak etdiyi tədbirdən öncə məktəbin “Şəhidlər qapısı”nda azərbaycanlı və türkiyəli şəhid məzunlarının adları əks olunan lövhələrin qarşısında xatirə fotosu çəkdirilib.

Təntənəli mərasimdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az