Təxribatların qarşısını almaq üçün tədbirlər görüləcək - XİN sözçüsü

22:22 - 01 Sentyabr 2023

Təxribatların qarşısını almaq üçün tədbirlər görüləcək - XİN sözçüsü

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.

 

Manset.az xəbər verir ki, bu barədə XİN-in sözçüsü "X" hesabında yazıb.

“Ermənistandakı gərgin vəziyyətdən əhalinin diqqətini yayındırmaq üçün Azərbaycana qarşı təxribata əl atmaq və bunda regionda sülhün tərəfdarı olan Azərbaycanı ittiham etmək məsuliyyətdən yayınmaq üçün çarəsiz cəhddən başqa bir şey deyil. Azərbaycan bundan sonra da belə təxribatların qarşısını almaq üçün tədbirlər görəcək”, - diplomat qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az